20 Aprel 2014 13:14
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Twitter şəxsi həyat və şəxsi hüquqların pozulmasında günahlandırılan iki türk mikrobloqunu bağlayıb.

Xatırladaq ki, beş gün əvvəl Twitter nümayəndələri Türkiyə hakimiyyəti və sosial şəbəkə arasında əməkdaşlıq məsələlərini, həmçinin öz ofisinin ölkədə açılması imkanını müzakirə etmək üçün Türkiyəyə gəliblər.

Türkiyənin kommunikasiya naziri Lütfi Əlvanın sözlərinə görə, danışıqlar uğurla keçib.
O, qeyd edib ki, Twitter Türkiyə məhkəməsi bağlamağı qərara almış mikrobloqlar barəsində konkret addımlar atacaq.

Türkiyədə martın 1-də Twitter mikrobloqlar şəbəkəsinə giriş bağlanılıb.
Şəbəkəyə giriş ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu barədə bəyanatla çıxışından sonra bağlanılıb.

Konstitusiya məhkəməsinin qərarı ilə sayta giriş bərpa olunub.

Teleqraf.com


Müəllif: