2 Fevral 2016 15:44
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə ordusu ölkənin cənub-şərqində təkcə PKK ilə deyil, legionerlərlə savaşır”.

Teleqraf.com xəbər verir ki, bu sözlər türkiyəli jurnalist Candaş Tolqa Işıkın "Türkiyə təkcə PKK ilə döyüşmür" yazısında yer alıb.

Jurnalist yazısında Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmət etmiş zabit Mete Yararla söhbətini qələmə alıb.

Müəllif bəzi qaranlıq məqamlara aydınlıq gətirməyə çalışır: “Uzun illər “Bordo Bereli”lərin tərkibində ölkənin bu bölgəsində xidmət edən Mete Yararın "Snayper olmaq asan iş deyil. Yaxşı snayper olmaq üçün hərbçinin 10-100 min dəfə atəş açması və 3 ay dağda qalması vacibdir. Bunu PKK bacarmaz" fikirlərindən sonra belə bir sual ortaya çıxır: "PKK deyilsə, onlar kimlərdir?”

Hərbi ekspert Mete Yararın fikrincə, dağdakılar əncəbilər, ya da muzdlu əsgərlərdir: "ABŞ-ın İraqı işğal etdiyi müddətdə neft quyularını qorumaq üçün fəaliyyət göstərən kəşfiyyat qruplarında işləyən şəxslərin çoxu indi terror təşkilatlarında pul qarşılığında döyüşür. Əməliyyatları davam etdirdikcə biz anlayırdıq ki, qarşımızdakı tamamilə təcrübəli düşməndir. Terorçuların tərkibində əcnəbi döyüşçülərin olduğunu sübut etmək çətin deyil. Kobanidə öldürülən Almaniya vətəndaşının əvvəlcə olaraq Silopiyə gəldiyi və PKK-çılara qoşulduğu məlum olub. Daha sonar o, Kobaniye gedib və orada öldürülüb. Yaxın Şərq coğrafiyası bu gün əncəbi kəşfiyyat təşkilatları ilə doludur. Belə təşkilatlarda ən çox suriyalı, rus, israilli və iranlılar fəaliyyət göstərir. Döyüşlər zamanı 600-dən çox PKK-çı öldürdük. Onlardan yalnız 40-nın cəsədini əldə etmişik. Döyüşlər o qədər gərgin olur ki, terrorçuların ölülərini götürə bilmirik. Ona görə də öldürülənlərin haradan, hansı ölkədən olduğunu tam aydınlaşdıra bilmirik".

Sonda Mete Yarar əlavə edib ki, Türkiyənin qarşısında tək PKK deyil, böyük muzdlu ordu var".

Samir


Müəllif: