22 Fevral 2016 00:35
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda təhülkəsizlik qüvvələri ilə terrorçular arasında baş verən atışma nəticəsində iki hərbçi həlak olub. Daha iki əsgər yaralanıb.

"Report"-un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Daha bir hərbçi isə Sirnak vilayətinin İdil rayonunda şəhid olub.

Hər iki vilayətdə barrikadaların kənarlaşdırılması, qazılmış xəndəklərin doldurulması və terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir.


Müəllif:

Oxşar xəbərlər