Kubaya tarixi səfərə gələn prezident Barak Obama ilk olaraq ABŞ-ın Havanadakı səfirliyində olub.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında bildirilir.
ABŞ prezidenti bildirib ki, bu səfəri tarixi imkan kimi dəyərləndirir.
Onun sözlərinə görə, bu səfər ABŞ və Kuba arasında münasibətlərin normallaşdırılması yolunda atılan ilk addımdır.