30 Mart 2016 17:31
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya yaxın aylarda sitrus meyvələri və qoz-fındıq daxil olmaqla Türkiyədən bütün bitki məhsullarının idxalını qadağan edə bilər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kənd təsərrüfatı yetkililəri 3-4 həftəyə Türkiyədən bütün bitki məhsullarının idxalına qadağan qoyulacağını deyib. Məlum olub ki, yeni embarqonun səbəbi məhsulların keyfiyyətinə etibarın olmamasıdır. Onu da bildirək ki, Türkiyə tərəfi Rusiyanın bu yöndə suallarını cavabsız buraxır.

Xatırladaq ki, Rusiya bu ilin yanvar ayının 1-dən Türkiyədən ərzaq idxalını dayandırıb. Türkiyə Rusiyaya yalnız çiyələk, alma, armud, ərik, mandarin, portağal, üzüm sata bilərdi. Məhdudlaşdırıcı siyahıya isə tərəvəz (pomidor, xiyar, gül kələm və brokoli, soğan), eləcə də dondurulmuş toyuq, hinduşka əti və duz daxildir.


Müəllif:

Oxşar xəbərlər