İranda gecə partisi təşkil edən 35 nəfər həbs edilərək qırmanclanıblar.
Teleqraf.com İranın İRNA agentliyinə istinadən xəbər verir ki, Qəzvin əyalətində qız və oğlanların təşkil etdiyi partiyə polis müdaxilə edib və orada iştirak edənlər saxlanılıblar.
Prokuror Sadıki Niyareki bildirib ki, Qəzvindəki partidə yarıçılpaq halda olan 35 nəfər həbs edilib. İranda spirtli içkilərdən istifadə, qadınların kişilərlə birlikdə başları açıq halda əylənməsi qanunla qadağandır.
Ayxan