24 Aprel 11:46
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyətinin KTMT-də qalmaq və ya çıxmaq istəyi ölkənin suveren seçimini əks etdirəcək.

Teleqraf.com xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

“Qeyd etmək vacibdir ki, üzv dövlətlər onların suveren hüququ olaraq qalan xarici oyunçularla qarşılıqlı fəaliyyətin çoxvektorlu siyasətinə riayət edirlər. Buna əsasən, İrəvanın KTMT-də qalmaq və ya çıxmaq seçimi də bu müstəqil dövlətin suveren qərarı olacaq”, - baş katib bildirib.

İrəvanın qurumdan çıxmaq və NATO-ya yaxınlaşmaq istəyi ilə bağlı bəyanatları fonunda Ermənistanla KTMT arasında qarşıdurma ehtimalını şərh edən Tasmaqambetov belə bir ssenarinin ehtimaldan başqa bir şey olmadığını söyləyib.

Eyni zamanda o qeyd edib ki, tərəflərin resurs bazası və real imkanlarını nəzərə almaq lazımdır, ona görə də bu məsələ, hətta hazırda son dərəcə aktual hesab oluna bilməsə də, təhlil tələb edir.

“Ermənistan KTMT-dən çıxacağı təqdirdə Cənubi Qafqazda güc balansı dəyişə bilər, amma bu halda regional təhlükəsizlik faktorları fəaliyyət göstərəcək, bunların təsirini proqnozlaşdırmaq və hesablamaq kifayət qədər çətindir”, - Tasmaqambetov vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər