11 Noyabr 14:44
4 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ bir qərarımız yoxdur, COP29-da iştirak edib-etməyəcəyimiz və hansı səviyyədə qatılacağımız barədə qərar olanda məlumat verəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.

Ölkə rəsmisi qərar qəbulunun prosesin dinamikasından asılı olduğunu, indiki məqamda konkret problem görmədiyini vurğulayıb.

“Hazırda ümumi nizamlanma prosesi ətrafında baş verən hadisələrlə bağlı hər şey şəffafdır, əlavə şərhlərə ehtiyac görmürük”, - Kostanyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər