13 Noyabr 17:29
1 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Polşada hava hücumundan müdafiə sistemləri yerləşdirməsinə qarşı tədbirlər görəcəyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitriy Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib.

Peskov qeyd edib ki, ABŞ-ın bu addımı Rusiyanın hərbi potensialına mane olmaq cəhdindən başqa bir şey deyil.

ABŞ-ın Polşada hava hücumundan müdafiə sistemləri yerləşdirməsini dəyərləndirən Peskov bunun Rusiyanın hərbi potensialına mane olmaq planı olduğunu və buna qarşı tədbirlər görəcəklərini qeyd edib.

"Bu istiqamətdə planlar həyata keçirilməkdə davam edir. Bu, ABŞ-ın Avropa ərazisindəki hərbi infrastrukturunun sərhədlərimizə doğru gücləndirilməsidir", -deyə Peskov bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər