13 Noyabr 16:07
1 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna 2022-ci ilin fevralından bəri Qərb tərəfdaşlarından 100 milyard dollardan çox birbaşa yardım alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak teleqram hesabında yazıb.

Jeleznyak qeyd edib ki, noyabrın 13-də Ukraynanın ABŞ-dan aldığı 1,35 milyard dollar qrant da nəzərə alınmaqla, Qərbin maliyyə yardımının ümumi məbləği 100,79 milyard dollar təşkil edib.

Hazırda Ali Rada 1,6 trilyon qrivna (38,68 milyard dollar) kəsiri ehtiva edən 2025-ci il üçün büdcə layihəsini nəzərdən keçirir. Eyni zamanda, Qərb tərəfdaşları israrla Kiyevə özünü maliyyələşdirmək imkanlarını artırmaq üçün daha çox mənbələr axtarmağı tövsiyə edirlər. Ukrayna hakimiyyəti etiraf edir ki, Qərbdən alınan maliyyə yardımının yalnız dörddə biri qrant şəklində, qalan hissəsi isə gec-tez qaytarılmalı olan kreditlərdən ibarətdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər