13 Noyabr 12:28
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​ölkəsinin BRICS-ə qoşulmasının NATO-dakı fəaliyyətə mənfi təsir etməyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Yaşar Gülər sözlərinə davam edərək deyib:

“Biz 70 ildir ki, NATO-nun üzvüyük və Alyansa çox böyük dəstək veririk. NATO bir müdafiə strukturudur, BRICS isə tamamilə fərqli bir quruluşdur. Bu təşkilata qoşulmaqla iqtisadi inkişafımız baxımından çox mühüm nəticələr əldə edə bilərik və bunun NATO-ya mənfi təsir edəcəyini düşünmürəm”.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS-ə tamhüquqlu üzv olmaq perspektivini fəal şəkildə inkişaf etdirmək niyyətində olduğunu bəyan etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər