13 Noyabr 18:09
332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müdafiə naziri Suren Papikyan oğlanlarını respublikanın silahlı qüvvələrində xidmətdən müxtəlif yollarla yayındıran məmurları cəzalandırmağı tələb edir.

Teleqraf.com xəbər verir ki, nazir bunu parlamentdə çıxış edərkən deyib.

“Hərbi xidmətə çağırış hələ də üzləşdiyimiz problemdir. Ermənistan vətəndaşı öz övladının silahlı qüvvələrdə xidmətə getməməsi naminə onu vətəndaşlıqdan imtinaya məcbur edir. Biz belələrini lüstrasiya etməliyik”, - deyə Papikyan vurğulayıb.

Nazir deyib ki, bu tədbirin ilk növbədə dövlət idarəçiliyi sistemində çalışanlara şamil olunması təklifi ilə artıq baş nazirə müraciət edib. O, belə məmurların adlarını çəkəcəyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər