13 Noyabr 14:20
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üçüncü mandatında olan hökumətimiz strateji qərar qəbul edib".

Teleqraf.com xəbər verir ki, bu sözləri Bakıda keçirilən COP29-da iştirak edən Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç jurnalistlərə açıqlamasında deyib:

"İlk mandatımızda Xorvatiya üzən mayeləşdirilmiş təbii qaz terminalı əldə etdi. Bu terminal nəinki öz ehtiyaclarımızı - yəni ildə bizi 2,8 milyard kubmetr qazla təmin edə bilər, həm də tutumunu 6,1 milyard kubmetrə çatdıra bilərik ki, bu da qonşu ölkələr üçün qaz mənbəyi olar”.

Baş nazir əlavə edib ki, ona görə də Ukraynadan keçməklə Avropa İttifaqı ölkələrinə Rusiya qazı nəql olunmayacağı təqdirdə, bunun ən azı Xorvatiyaya böyük təsiri olmayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər