13 Noyabr 10:39
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək "G20" (böyük 20-lər sammiti) sammiti zamanı təhlükəsizliyin təmin edilməsinə 9 mindən çox hərbçi cəlb olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Braziliya Müdafiə Nazirliyi məlumat yayıb.

Braziliya hökumət rəsmilərinin məlumatına görə, sammitdə 56 nümayəndə heyəti iştirak edəcək. Onların təhlükəsizliyinin təmin edilməsinə quru qoşunlarının, eləcə də dəniz və hava qüvvələrinin personalı cəlb olunacaq.

Xatırladaq ki, noyabrın 17-dən 21-dək gerçəkləşəcək sammit 19-cu dəfə böyük 20-lərin rəsmilərini bir araya gətirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər