13 Noyabr 17:45
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan və Rusiya "Pantsir" zenit-raket və silah sisteminin modernləşdirilmiş versiyasını birgə inkişaf etdirməyə yönəlmiş əməkdaşlıq memorandumu imzalayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatında bildirilib.

Məlumata əsasən, memorandum Hindistanın "Bharat Dynamics Limited" şirkəti ilə Rusiyanın "Rosoboronexport" şirkəti arasında imzalanıb. Hər iki ölkə bundan sonra "Pantsir" zenit-raket sisteminin yeni variantının hazırlanmasında birgə əməkdaşlıq edəcək.

Xatırladaq ki, Moskva və Nyu-Dehli uzun müddətdir ki, müdafiə sahəsində sıx əməkdaşlıq edir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2019-2023-cü illər arasında Rusiyadan silah idxalının 34%-i Hindistanın payına düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər