13 Noyabr 19:47
318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən COP29 çərçivəsində COP sədrləri Troykasının - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli dialoq keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

"COP28, COP29 və COP30 nümayəndələri ümumi rifahın gələcəyinə doğru kursu müəyyən etmək üçün birləşərək, hamının dayanıqlı tərəqqiyə nail olması üçün lazım olan təsirli strategiyaları və birgə səyləri müəyyən etmək məqsədilə nüfuzlu səsləri bir araya gətiriblər.

Sədrliklər birlikdə əldə edilmiş tərəqqini nəzərdən keçirib, problemləri müzakirə edib və beynəlxalq əməkdaşlığın gücləndirilməsi və milli səviyyədə müəyyən edilmiş töhfələrin növbəti raundu üçün ambisiyaların artırılması istiqamətində düzgün yolda olduğumuza təminat vermək üçün prioritetləri müəyyən ediblər", - paylaşımda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər