13 Noyabr 10:55
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

"COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indiyə qədər onların tədbirdə iştirak edib-etməyəcəyi ilə bağlı bizdə hər hansı məlumat yoxdur".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında deyib.

"Ermənistan nümayəndələrinin tədbirdə iştirakı hələlik məlum deyil. İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən biridir. Təhdidlə mübarizə istiqamətində bir çox ölkələr ciddi müzakirələr aparır. Əhəmiyyətli müzakirələrə töhfə vermək hər bir üzv dövlətin əsas prioriteti olmalıdır. Biz Ermənistanın COP29-da iştirak edib-etməməsinə hər hansı şərh vermirik. Çünki müvafiq olaraq dəvət göndərilib, iştirak məsələsi onların öz seçimidir. Şübhəsiz, əhəmiyyətli müzakirədə iştirak hər bir dövlət üçün önəmlidir", - deyə vurğulayıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər