13 Noyabr 18:45
1 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Kazanda BRICS sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü çox əhəmiyyətli adlandırıb.

Teleqraf.com xəbər verir ki, Paşinyan bunu "hökumət saatı" çərçivəsində danışarkən deyib.

“BRICS sammitində iştirakı çox vacib və səmərəli hesab edirəm. Azərbaycan Prezidenti ilə əvvəlcə şəxsən, sonra isə geniş tərkibdə görüşdən məmnunluğumu ifadə etmək istəyirəm. Qeyd etməliyəm ki, aramızda belə uzun söhbət çoxdan və ya heç vaxt olmayıb. Çox vacib söhbət baş tutdu", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın sülh şəraitində yaşaması üçün təkcə sülh sazişinə və ya digər sazişlərə deyil, qarşıdakı əsrlərdə hansı modellər çərçivəsində müstəqil ölkələr kimi yanaşı yaşamağa hazırlıq barədə strateji sövdələşməyə ehtiyac var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər