13 Noyabr 14:11
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi Qəzza zolağına humanitar yardım çatdırmaq üçün İsrailə təzyiqləri davam etdirəcəklərini bəyan edib.

Teleqraf.com xəbər verir ki, Pentaqonun sözçüsü general-mayor Pat Rayder bu barədə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarları ilə görüşüb və Qəzzaya humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb. Rayder qeyd edib ki, danışıqlar nəticəsində bu mövzuda müəyyən irəliləyişlərə nail olunub.

Rayder bildirib ki, İsrail Ostinin Qəzzaya humanitar yardımın aparılmasını tələb edən tədbirləri yerinə yetirməyə çalışır. Humanitar yardımın 30 gün ərzində Qəzzaya daxil olmasına icazə verilməli və regionda vəziyyət yaxşılaşmalıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər