Yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı 11-ci təkliflər paketini almışıq və nəzərdən keçiririk.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
Sülh sazişi layihəsi barədə danışarkən ölkə rəsmisi vurğulayıb: “Hələ də tərəflərin fikirlərinin fərqli olduğu məsələlər var, amma bu fikirləri yaxınlaşdırmaq üçün imkan görürük”.
Kostanyan iddia edib ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesində maraqlıdır.
Mübadilə və ya danışıqların hansı formada aparılmasına gəlincə, nazir müavini qeyd edib ki, tərəflər arasında birbaşa təmaslar üçün kanallar var.