"Mən Cop4-dən etibarən nümayəndə heyətində yer alıram. Amma Azərbaycan bu dəfə məni həqiqətən də, çox təəccübləndirdi".
Bunu Teleqraf.com-a açıqlamasında Braziliya "ApexBrasil" təşkilatının aqrobizbes departamentinin koordinatoru Lusiana Furtado deyib: "Nümayəndə heyətində dörd nazir yer alır. Braziliyadan Cop29-a 2000-dən çox şəxs gəlib".
Departament koordinatoru Cop30-un Braziliyada keçirələcəyi haqqında da danışıb: "İqlim dəyişikliyi ilə bağlı problemləri həll etmək üçün Braziliyanın yetərincə gücü var. Buna görə də Braziliya höküməti ən azı Azərbaycan kimi hər kəsə "xoş gəldin" deyəcək. Biz onlara göstərəcəyik ki, nəyimiz var və nələrə qadirik. Braziliya iqlim dəyişikliyi ilə bağlı effektiv üsulları sınayır".