Teleqraf.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti özəl mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin iddiasına görə, böyük ehtimalla Baş Qərargah rəisi Movses Akopyan vəzifədən uzaqlaşdırılacaq. Onu general-mayor Onik Qasparyanın əvəzləyəcəyi gözlənilir.
Bildirilir ki, Serj Sarkisyan məhz bu səbəbdən iyunun 15-də Qasparyanı Baş Qərargah rəisinin müavini təyin edib: “Bununla da Ermənistan prezidenti gələcək təyinatına zəmin yaradıb”.