12 Dekabr 2017 10:50
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

İntihar edən İldırım Yarəliyev bələdiyyənin işçisi deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Qusar rayonu, Hil kənd bələdiyyəsi sədrinin köməkçisi deyib.

Onun sözlərinə görə, İldırım Yarəliyev kəndin məscidində işləyib: “Onun niyə intihar etdiyini bilmirik. Hadisənin dünən gecə baş verdiyini deyirlər”.

Qeyd edək ki, Qusar rayonu, Hil kənd sakini, 1989-cu il təvəllüdlü İldırım Firudin oğlu Yarəliyev yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil. Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır. İ.Yarəliyevin Hil kənd bələdiyyəsinin üzvü oluduğu deyilirdi.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər