10 İyun 2019 23:44
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, 90 XT 634 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillə 36 BF 223 dövlət nömrə nişanlı “VAZ 21 07” toqquşub.

Qəza nəticəsində hər iki sürücü və “Nissan” sürücüsünün oğlu yaralanıb, “VAZ 21 07”-nin sərnişini isə hadisə yerində ölüb.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları deformasiya olmuş avtomobillərdən yaralıları və ölən şəxsin meyitini çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com