19 Yanvar 2023 00:58
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda 4 nəfərin dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Gədəbəy rayon sakinləri - 1993-cü il təvəllüdlü Mehdi Quliyev və 2001-ci il təvəllüdlü Leyla Abbasova Yenikənd kəndində, 1998-ci il təvəllüdlü Bahar Şirinova və 1950-ci il təvəllüdlü Qənirə Şirinova isə Şınıx kəndində yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com