5 Mart 09:47
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, martın 4-də ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Bundan başqa, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Martın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 1 tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və və 169 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 4-də Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd tüfəng, 9 ədəd qumbara, 10 alışdırıcı, 45 patron darağı, 1845 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 4-də ümumi çəkisi 38 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,6 kiloqrama yaxın heroin, 27,3 kiloqramdan çox marixuana, 3,1 kiloqramdan çox tiryək, 1 kiloqramdan çox metamfetamin, həmçinin 5000 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov