Yunanıstanın "PAS Lamia" klubunun qapıcısı Nikos Papadopoulos hakimi qucaqlayıb öpdüyü üçün 5 oyunluq cəzalandırılıb.
Teleqraf.com xəbər verir ki, "PAS Lamia" klubu "Panaitolikos" ilə oyunda 97-ci dəqiqədə bərabərlik qolu vurub.
Sevincdən özünü itirən Nikos Papadopoulos hakim Neophatiadisi qucaqlayaraq öpüb. Hakim qapıcını itələyərək özündən aralayıb və əlini cibinə atıb. Qırmızı kartdan dərhal sonra hakim final fitini çalıb.
Nizam-intizam komissiyası qapıcını hakimə təcavüz etməkdə günahar bilərək 5 oyunluq cəzalandırıb.