“Gürcüstanda baş verən son hadisələr aydın şəkildə göstərir ki, hər birimiz sülhün qayğısına qalmalıyıq. İnsanlar zorakılıqdan uzaq olmalı və dərk etməlidir ki, çətin dövrümüzdə vəziyyətin kəskin eskalasiyası ölkənin əsas nailiyyəti olan dövlətçiliyə və suverenliyə real təhlükə yaradır”.
Teleqraf.com xəbər verir ki, Gürcüstan patriarxı II İlyanın bəyanatında belə deyilir.
Patriarxın sözlərinə görə, nəzarətsiz proseslərin qarşısını almaq üçün konstruktiv dialoqa nail olmaq çox vacibdir.
“Qarşılıqlı nifrətlə, ədavətlə, qan tökməklə heç bir milli məsələni həll edə bilməyəcəyik, yalnız özümüzə və dövlətimizə ziyan vuracağıq”, - sənəddə deyilir.
Bəyanatda həmçinin bildirilib ki, Gürcüstan Avropa sivilizasiyasının tərkib hissəsidir.
“Bizim borcumuz çoxəsrlik xristian mənəvi-mədəni irsimizə, ənənəvi dəyərlərimizə əsaslanan Avropa tipli milli dövlətimizin möhkəmlənməsinə və inkişafına kömək etməkdir”, - sənəddə bildirilib.