Gürcüstanın Mədəniyyət və İdman Nazirliyi iki müstəqil quruma bölünəcək.
Teleqraf.com xəbər verir ki, bununla bağlı qanuna düzəlişlər layihəsi parlament komitələrində nəzərdən keçirilir.
Sənədə əsasən, nazirliyin yenidən təşkili prosesi 2025-ci ilin yanvarın 1-dək başa çatdırılacaq.
Nazirliyin bölünməsindən sonra Mədəniyyət Nazirliyinə Tinatin Ruxadze, İdman Nazirliyinə isə hazırda onun müavini vəzifəsini tutan Şalva Qoqoladze rəhbərlik edəcək. İdman Nazirliyi ilkin olaraq Mədəniyyət Nazirliyinin binasında fəaliyyət göstərəcək, qurum üçün uyğun inzibati binanın tapılması işlərinə artıq başlanılıb.
Qeyd edək ki, İdman Nazirliyinin yaradılmasından sonra Gürcüstanda nazirliklərin ümumi sayı 12-yə çatacaq.