17:56
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvayla Ankaranın münasibətləri kəsilməyib, regional məsələlərin müzakirəsi davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

“İkitərəfli münasibətlər kəsilməyib, Türkiyə ilə bütün məsələlər üzrə dialoq aparırıq. Müzakirə etməli olduğumuz bütün regional problemləri diqqətdə saxlamağa davam edəcəyik”, - deyə nazir müavini Suriya böhranının Rusiya-Türkiyə münasibətlərinə necə təsir etdiyi barədə suala cavab olaraq vurğulayıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər