Müharibədə kim qalib gəlsə də, Ukrayna artıq məğlub olub.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski deyib.
“Hazırda heç kimə Ukrayna maraqlı deyil, Prezident Vladimir Zelenski fiziki cəhətdən sağ qalmaq uğrunda mübarizə aparır, ABŞ isə siyasi baxımdan uğur qazanmaq istəyir. Kim qalib gəlsə də, Ukrayna artıq məğlub olub”, - siyasətçi bildirib.
Dubinski əlavə edib ki, ABŞ Prezidenti Co Baydenin Kiyevə ayırdığı 20 dollar milyard heç bir şəkildə ərazi itkisinin həllinə kömək etmir.