13 Fevral 2020 13:31
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt məktəblisi İranda keçirilən beynəlxalq yarışda böyük uğura imza atıb.

Teleqraf.com xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 258 nömrəli tam orta məktəbin X sinif şagirdi Vəli Vəliyev karate idman növü üzrə beynəlxalq yarışda bütün rəqiblərinə qalib gələrək, Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.

12 ölkənin qatıldığı yarışda V. Vəliyev 57-60 kiloqram çəki dərəcələrində 3 erməni idmançını məğlub edərək, yüksək xal hesabı ilə qızıl medal və kuboka layiq görülüb.

Qeyd edək ki, bu, Bakı məktəblisinin ilk uğuru deyil, bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda ümumilikdə 12 qızıl medal qazanıb.


Müəllif: Teleqraf.com