Almaniya Bundesliqasında növbəti turun oyununa hazırlaşan "Bavariya" bəd xəbərlə sarsılıb.
Teleqraf.com xəbər verir ki, komandanın yarımmüdafiəçisi Aryen Robben sıradan çıxıb. Təcrübəli oyunçu AVRO-2016-nın seçmə mərhələsində Hollandiya millisinin heyətində İslandiya ilə oyunda zədələnib.
Tibbi müayinədən keçən 31 yaşlı Robbenin ən azı 4 həftə yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Onun sol ayağında əzələ zədəsi aşkarlanıb.
Robbenin AVRO-2016-nın seçmə mərhələsində Türkiyə ilə matçda oynamayacağı dəqiqləşib.
Rüstəm