Dortmund "Borussiya"sının hücumçusu Yusuf Mukokonun atası Cozef Mukoko oğlunun yaşını uşaq ikən saxtalaşdırdığını etiraf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
“Yusuf Mukoko mənim bioloji oğlum deyil, həyat yoldaşım Mari Mukokonun da oğlu deyil. O, 20 Noyabr 2004-cü ildə Kamerunun Yaounde şəhərində anadan olmayıb" - Cozef Mukoko deyib.
Yusuf Almaniyanın müxtəlif yaş qruplarından ibarət milli komandalarında çıxış edib, ölkə millisində də iki oyun keçirib. O, bu mövsüm Fransanın "Nitsa" klubunda icarə əsasında çıxış edir.