Yaxında öləcəyinizi bilsəydiniz:
- …son kəs nə düşünərdiniz?
- Baxır bu xəbəri harda öyrənmişəm. Əgər işdə eşitsəm, düşünərəm ki, görəsən, işlərimi kimə tapşıracaqlar?..
-…hansı yeməkdən yeyib, hansı içkini içərdiniz?
- Yemək olmasa da olar. Pivəsiz bir də ayransız keçinə bilmərəm.
- …kiminlə görüşmək istəyərdiniz?
- Prezidentlə!
-… son dəfə efirdə nə deyərdiniz?
- Planlaşdırılmamış halda, 1 suala cavab tapan radio dinləyicilərimə 10 min manat pul qazandırardım. Radio məcbur qalıb pulu verəcək. Çünki efirdə səslənən hər şeyə cavabdehdir. Onsuz da mən sonra olmayacağam…
- … son kəs kimi öpərdiniz?
- Balamı.
- …hansı kitabı oxuyardınız?
-Dino Buzzati - “Tatar çölü”. Amma heyf, burda çatdırmaram. Aparıb orda vərəqləyərdim.
- …ən dəyərli əşyanızı kimə verib gedərdiniz?
- Dənizə atardım. Kim tapsa, halal xoşu! Çünki özüm də dənizdən bahalı əşya tapmışam.
-…nəyi ölümlə dəyişərdiniz?
- Maşınımı. Benzin qalxıb. Onsuz da sürmürəm..
-…son dəqiqələrinizi necə keçirtmək istəyərdiniz?
- İstanbulda. Fənərbaxçanın stadionunda futbola baxaraq...
-…o biri dünyada kimi görmək istəyərdiniz?
- Huriləri.
-…kimi özünüzlə aparmaq istəyərdiniz?
- İşlədib pulumu kəsən bir nəfəri…
-…son 3 kəlməniz nə olardı?
- Mənim efirim bitdi…
-…əzrayıla nə müqavilə təklif edərdiniz?
- Götür bu 20 litr benzini, mənə hələ toxunma!