18 Aprel 2022 13:21
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Location” klubda baş verən partlayış zamanı xəsarət alan bloger Aysel Şükürova psixoloji müalicə aldığını bildirib.

Teleqraf.com xəbər verir ki, Aysel Şükürova İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:

“Saçım, əllərim, üzüm yanıb. Ən pis ayaqlarım yanıb, dördüncü dərəcəli... Böyrəklərim, ağciyərim zədələnib. Yaşadıqlarım adi deyil, 14 gündür ki, hər şeydən uzaqda müalicə alıram, bədənim yanıb. Qardaş dediyim insanın ad günündə idik, başımıza bu hadisə gəldi.

Hər şeyi unutmaq üçün dərman atıram, amma unuda bilmirəm, gözümü yumanda partlayırıq. Hamı üzərimdən keçir, qışqırıqlar, yerdə qalmağım, əzilməyim, yanmağım, boğulmağım bir faciədir. Bu ağrıları heç düşmənimə də arzulamıram. Allah hamının ürəyinə görə versin. Hadisədi, bu, evdə də başımıza gələ bilərdi.

Ad günüdə idim, bar deyildi, hamının əyləndiyi normal məkandır. Heç kim heç kimi qınamasın. Psixoloji müalicə alıram, çox pisəm, amma bu da keçəcək. Əsas ağrılarımın keçməyini istəyirəm”.


Müəllif: Rəqsanə Həsənova