23 Yanvar 14:45
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Dilarə Əliyevanın "Söhbət var" verilişində monoloqu xalq artisti Mehriban Zəkiyə duyğusal anlar yaşadıb.

Teleqraf.com cəbər verir ki, Dilarə Əliyeva xalq artisti haqqında bu sözləri deyib: "Onunla yol yoldaşı, qan yoldaşı olmaq, eyni yeri, göyü, fəzanı, hətta eyni qəzanı paylaşmaq belə alın yazısıdır. Yolumuzu düz getdik, bizi nə sağlar, nə sollar ayırmadı. Bizi döngələr ayırmadı. Hətta bizi ölüm də ayırmadı. Əl-ələ verib gedəcəyimiz çox yol var. İki ayrı bədəndə eyni ruh əkizim!"

Mehriban Zəki aktisaya "Həmişə verilişinin bu məqamı sillə vuran olur. Silləni elə vurdun ki... Dilarə, çox sağ ol. Sənin yerin mənim həyatımda, ürəyimdə tam başqadır. Sən özəlsən, gözəlsən, istedadlısan, inanılmaz bir qadınsan!",-deyə reaksiya göstərib.

Qeyd edək ki, Əməkdar mədəniyyət Oqtay Əliyevin vəfat etdiyi qəza zamanı avtomobildə Dilarə Əliyeva ilə yanaşı Mehriban Zəki də olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər