2 May 23:47
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 may 2024-cü il tarixində Düşənbədə Tacikistan Respublikası və Azərbaycan Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti danışıqları baş tutub.

Teleqraf.com xəbər verir ki, tərəflərin nümayəndə heyətlərinə Tacikistan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri Sodik İmomi və Samir Şərifov rəhbərlik ediblər.

Siyasi məsələhətləşmələr zamanı Tacikistan-Azərbaycan münasibətlərinin siyasi, ticarət-iqtisadi, mədəni, humanitar və digər sahələrdə aktual məsələlər ətraflı müzakirə olunub. Görüşdə Tacikistan-Azərbaycan təmaslarının məzmununun ən yüksək səviyyədə hazırlanmasına xüsusi diqqət yetirilib.

Həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrin yekunu olaraq Tacikistan və Azərbaycan XİN arasında konsulluq əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.

Danışıqlar dostluq və konstruktiv şəraitdə keçib.


Müəllif: Teleqraf.com