24 Aprel 22:23
1 433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Firuzə İbadova səhnəni tərk etməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Firuzə İbadova İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib: "Mən Cavanşir Məmmədovdan sonra səhnəni heç kimlə paylaşa bilmərəm. Duet oxumağa əlvida demişəm, səhnəyə deyil. Mən sənətimi, səhnəni sevirəm və heç vaxt tərk edə bilmərəm. Əksinə, onun ruhu şad olsun deyə nəğmələrimizi yaşadacağam".

Qeyd edək ki, Cavanşir Məmmədov bir neçə gün əvvəl 70 yaşında ürək tutmadan dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər