19 May 22:12
2 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda baş verən helikopter qəzasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri olayla bağlı xoş xəbər gözlədiklərini söyləyib.

"İran prezidenti, qardaşım İbrahim Rəisi və rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi dərindən kədərləndirdi. Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından, İran hakimiyyəti ilə tam təmasda və koordinasiyada izlədiyimizi və lazım olan hər cür dəstəyi verməyə hazır olduğumuzu bildirmək istərdim. Qonşumuz, dostumuz və qardaşımız olan İran xalqı və hökumətinə millətim adından ən xoş arzularımı çatdırır və ən qısa zamanda cənab prezident və nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm", - Ərdoğan qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər