19 May 22:09
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidentinin helikopterindəki iki sərnişinlə əlaqə yaratmaq mümkün olub.

Teleqraf.com xəbər verir ki, İran rəsmisi Möhsün Mənsuri bildirib.

"Üç helikopter eyni marşrutda olub. Lakin prezidentin olduğu vertolyot qəza enişi edib. Artıq sərnişinlərdən biri ilə əlaqə yaradılıb. Bu da qəzanın şiddətinin çox da böyük olmadığını göstərir və dərhal xilasetmə qrupları hadisə yerinə cəlb olunub" - deyə, Mənsuri qeyd edib.

Qeyd edək ki, prezident İbrahim Rəisinin vertolyotu bu gün axşam saatlarında Təbriz neft emalı zavodunun yenidən açılışını etmək üçün Araz çayı üzərində inşa edilmiş “Qız Qalası” hidroqovşağının açılış mərasimindən yola düşərkən Təbrizin Dizmar meşəsində qəzaya uğrayıb.

Helikopterdə Rəisi ilə yanaşı, Höccətül-İslam əl-Həşim, Təbriz Cümə İmamı, Xarici İşlər Naziri Hüseyn Əmirabdollahian, Şərqi Azərbaycan Qubernatoru Malik Rəhməti, iki pilot, təhlükəsizlik qrupunun rəhbəri Kruçiyev və prezidentin mühafizəçilər də olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər