14 Mart 14:58
1 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən 6000 il əvvəl İsveç və Norveçdə yaşayan insanlar köçəri həyat tərzindən imtina etdilər, kənd təsərrüfatına üz tutaraq icmalar şəkildə oturaq həyata keçdilər. Bununla da Neolit ​​dövrü başladı.

Teleqraf.com xəbər verir ki, yeni yaşayış tərzi əhali sıxlığı və ev heyvanları ilə qarşılıqlı əlaqəyə səbəb olarkən, insanlar ilk dəfə bakterial infeksiyalarla da qarşılaşdılar.

“Science Reports” jurnalında dərc olunan yeni araşdırmada tədqiqatçılar ölümcül infeksiyalarla əlaqədar 38 daş dövrü qalığının dişlərini təhlil ediblər.

Norveçin cənubunda tapılmış bəzi nümunələrin təxminən 9500, İsveçə aid olanların isə 4500 yaşı var.

Tədqiqatçılar bədəndəki bakterial həyatdan qalan mikrob DNT-sini araşdırıblar. Elm adamları 5 müxtəlif növ patogen bakteriya və ya həyati təhlükəli xəstəliklərə səbəb ola biləcək bakteriya müəyyən ediblər.

Əvvəlcə İsveçin cənubunda yetkin bir qadının dişlərində vəba xəstəliyinə səbəb olan Y pestisin DNT-si tapılıb. Əvvəlki araşdırmalara əsaslanaraq, tədqiqatçılar deyirlər ki, bu, indiyədək qalıqlarda aşkar edilmiş ən qədim vəba hadisəsidir.

Elm adamları meningitin səbəbi olan N meningitidisin tüpürcək və ya ağız suyu vasitəsilə ötürüldüyünü söyləyirlər. Yoluxma əsasən öskürək və ya asqırma yolu ilə yayılarkən, öpüşmə, yaxud cinsi əlaqə də xəstəliyin insandan insana yayılması üçün kifayət ola bilərdi. Bu, cinsi yolla keçən xəstəlik olan süzənək törədən bakteriya N gonorrhoeae-yə də aiddir.


Müəllif: Mənsur Rəğbətoğlu