Teleqraf.com xəbər verir ki, səfərdə məqsəd Elmira Axundovanın müəllifi olduğu “İlham Əliyev: Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitabın Ukrayna dilinə tərcümə edilmiş nəşrinin Kiyevdə təqdimat mərasimində iştirak etməkdir.
Ukraynanın tanınmış siyasətçiləri, ədəbiyyat və elm xadimlərinin qatılacağı tədbirdə deputatımız görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ulu öndərin layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasəti, ölkədə həyata keçirilən islahat və yeniliklər barədə ətraflı məlumat verəcək, kitabla bağlı fikirlərini bildirəcək.