10 İyul 2018 17:21
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran həmişə Azərbaycan türklərinə qarşı qərəzli mövqe sərgiləyən dövlət olub. O, yürütdüyü siyasətində türkləri həmişə qorxu və təzyiq altında saxlamağa xüsusi diqqət ayırıb. Bu siyasət Azərbaycan türklərinin varlığını inkar etməyə yönəlib.

Teleqraf.com-a açıqlamasında Yeddi Dövlət – Bir Millət konseyinin başqanı Azər Həsrət belə deyib.
İranın həmişə xarici təzyiqlərin altında olduğunu deyən konsey başqanı qeyd edib ki, orta əsr təfəkkürlü idarəetmə sistemi dünyanı narahat etməyə bilməz:
“Buna görə də həmişə İranla bağlı beynəlxalq səviyyədə müzakirələr aparılır. İran bu müzakirələrdən qorxur. Səbəb də budur ki, Güney Azərbaycanda yaşayan 40 milyon türk ayağa qalxıb öz haqlarını tələb edə bilər. Bu vaxt Azərbaycan türklərinə xaricdən dəstəyin veriləcəyi ehtimalı da İranı narahat edən əsas faktordur. Buna görə də Güney Azərbaycanda yaşayan türklər zaman-zaman təzyiqlərə məruz qalır, soydaşlarımızla bağlı xoşgəlməz hallar yaşanır. Yəni, İran xoflu olduğu üçün həmişə Güney Azərbaycandan olan türklərə qarşı ən aqressiv addımlar atır”.
Qeyd edək ki, iyulun 5-6 tarixlərində Güney Azərbaycanda Bəzz qalasına yürüş zamanı 80-dən çox milli fəal İranın təhlükəsizlik orqanları tərəfindən həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər