27 Oktyabr 2020 00:39
4 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kədərimizi artıran tək şey koronavirus pandemiyasında həyatını itirənlər deyil, eyni zamanda, müsəlmanların üzləşdiyi vəziyyətdir. İslam dünyası ağrılı sınaqlar və çətinliklərlə dolu günləri yaşayır. Dinimizin və Peyğəmbərimizin qadağan etdiyi işlərin törədildiyi bir dövrdəyik. Suriyada bir milyon qardaşımız öldürüldü, 12 milyon insan evlərini tərk etməli oldu. Yüz minlərlə günahsız uşaq Yəməndəki çirkli müharibədə həlak oldu. Liviyanın zəngin yeraltı sərvətləri çevriliş plançıları və qərb imperialistləri tərəfindən talan edildi. İslam şəhərlərindən anaların fəryadları, uşaqların fəryadları və məscidlərin tüstüsü yüksəlir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri İraq və Əfqanıstanda dünyanın gözləri qarşısında terrorun baş verdiyini söyləyib: “Fransa və Almaniyada baş verənlər də dünyanın gözləri önündədir. Fransada müsəlmanlara qarşı bir zülm var, dünya liderlərinə onları qorumaq üçün müraciət edirəm. Bu hücumlar psixi problemləri olan Fransa liderinin təşviqi ilə başlayıb. Xalqıma səslənirəm, fransız malları almayın”.

Ərdoğan müsəlmanlara qarşı olan hücumlara görə Almaniya Kansleri Angela Merkelə də müraciət edib: “Kansler Merkelə də müraciət edirəm; sizdə dini etiqad azadlığı, fərqli inancdan olan insanların təhlükəsizliyi üçün dövlətin zəmanəti var idi, hanı onlar? Bəs 100-dən çox polis səhər namazında məscidlərə necə hücum edir? Bu günədək siz Türkiyədən belə bir davranış gördünüzmü? Yox. Çünki bizdə həqiqi din azadlığı var”.

Siz həqiqi mənada faşistsiniz, sözün əsl mənasında nasistlərin davamçılarısınız. İslamofobiya bəzi Avropa ölkələrində dövlət səviyyəsində dəstəklənən bir siyasətə çevrilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər