11 Noyabr 17:10
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir ildə Ermənistanla Azərbaycan arasında fəal danışıqlar nəticəsində ciddi irəliləyişlər, həmçinin sərhədlərin delimitasiyası sahəsində irəliləyişlər var.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev COP29-da iştirak etmək üçün Bakıya gələn Belçikanın Baş naziri Aleksandr De Kro ilə görüşdə deyib.

Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər