"Bizi bu tədbirə dəvət etdiyinə görə Azərbaycan rəhbərliyinə təşəkkür edirəm".
Teleqraf.com xəbər verir ki, bunu COP29-da çıxış edən Tonqanın Baş naziri, Sakit okean adaları Forumunun sədri Siaosi Sovaleni deyib:
"Bu gün 200-ə qədər dövlətin qarşısında ciddi problem dayanıb. Tonqa da Sakit okeanda ada dövləti olaraq, ekoloji problemlərlə üzləşir. Biz indi iqlim dəyişikliyinə qarşı müqavimətdən danışırıq, lakin bunun qarşısını almaq asan deyil. Artıq sonuncu mərhələdəyik".
Baş nazir onu da deyib ki, qlobal temperaturun 1,5 dərəcədən çox artmasına imkan verə bilmərik: "Bizim ölkədə 2023-cü ildən etibarən başlayan torpaqların deqradasiyası flora və faunanın qorunub saxlanılmasında ciddi problemlər yaradıb. Sakit okean adaları Forumunun toplantılarında güclü və zəif nöqtələrimizi müəyyən etmişik. Bu gün mümkün qədər böyük məqsədləri müzakirə etməli və birgə addım atmalıyıq. Kiçik ada dövlətlərinin taleyi bu konfransda həll olunmalıdır. Bu təşəbbüslərdən irəli gələrək ümid edirik ki, yeni ittifaqlar qurulacaq və milli səviyyədə töhfələrə nail olacağıq".