Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medallarla təltif olunması ilə bağlı əmr imzalayıb.
Teleqraf.com-un məlumatına görə, əmrə əsasən, 129 XI sinif məzunu qızıl, 29 XI sinif məzunu isə gümüş medalla təltif olunub.
Qızıl və gümüş medallara layiq görülmüş məzunların adları bitirdikləri məktəblərin “Şərəf kitabı”na yazılacaq.
İlhamə ƏBÜLFƏT