12 Sentyabr 2016 16:50
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar vacib əməlləri yerinə yetirərək hacı olublar.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev məlumat verib.

O bildirib ki, azərbaycanlı zəvvar qrupları Minada həcc əməllərini yerinə yetirib, böyük və kiçik şeytanları daşlayıblar: "Zəvvarlar Minada əməlləri yerinə yetirdikdən sonra qrup-qrup qurbangaha gəliblər, qurbanlarını kəsərək ehramdan çıxıblar. Minada zəvvarlar üçün çox yaxşı şərait yaradılıb. Hazırda havanın temperaturu 45-46 dərəcədir. Zəvvarların sağlamlıq durumları normaldır, ciddi problemləri yoxdur".

Onun sözlərinə görə, Azərbaycanın zəvvar qrupu ilə 4 təcrübəli həkimdən ibarət briqada gedib ki, onlardan 1-i qadındır.

H.Babayev onu da bildirib ki, hacılar sentyabrın 13-ü və 14-ü tarixlərində də şeytanı daşlayacaqlar, sentyabrın 14-də Kəbədə həcc namazı qılınacaq: "Bütün azərbaycanlı hacılar adından Azərbaycan xalqını qurban bayramı münasibətilə təbrik edirik".


Müəllif: