Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondudan pensiya alanların 28,1 min nəfəri neft sənayesində çalışır.
Bu barədə Teleqraf.com-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, neftçilərə ödənilən pensiyaların məbləği ildən-ilə yüksəlir. Hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 392,7 manata çatıb.
Yanvar-avqust aylarında ARDNŞ tərəfindən neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 91 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqının ödənilməsi təmin edilib.
20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilir.
İlhamə ƏBÜLFƏT